İRNA-nın məlumatına görə, Hüseyn Əmir Abdullahiyan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının irəliləyişini alqışlayıb, Ermənistana gözlənilən səfərinə işarə edərək Bakı ilə İrəvan arasında davamlı sülhə nail olmaq üçün İran İslam Respublikasının konstruktiv səylərinin davam etdirildiyini bir daha vurğulayıb.
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov da İran İslam Respublikasının konstruktiv mövqelərini yüksək qiymətləndirərək, Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar prosesini müsbət dəyərləndirib, iki ölkə arasında yekun sülh sazişinin yaxın vaxtlarda imzalanacağına ümid etdiyini bildirib.
Həmçinin, tərəflər bu ilin son günlərində Astaraçay sərhəd körpüsünün ilkin açılışını alqışlayıblar və bu körpünün tikintisinin iki ölkə arasında ticarət əlaqələrinin inkişafında əhəmiyyətini qeyd ediblər.
Sizin rəyiniz